AZ

Randal Kolo Muani rəsmən “Yuventus”da

Fransa çempionu PSJ-nin hücumçusu Randal Kolo Muani bundan sonra İtaliya nəhəngi “Yuventus”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Yuventus” 26 yaşlı forvardı bu mövsümün sonuna kimi icarəyə götürüb. Randalın yarım illik icarəsi İtaliya nəhənginə 3,6 milyon avroya başa gəlib. Muani yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Randal Kolo Muani yeniyetməlik illərində “Vilpent”, “Tramble” və “Torsi” klublarında çıxış etdikdən sonra, “Nant”a yol tapıb və “bülbüllər”in heyətində böyük futbolda debüt edib. Ardınca “Bulyon”da icarə əsasında çıxış etmiş Kolo Muani daha sonra Frankfut “Ayntraxt”ının heyətində çıxışı ilə diqqət cəlb edib. PSJ 2023-cü iln sentyabr ayında fransalı futbolçunu 95 milyon avro məbləğ müqabilində “Ayntraxt”dan tamhüquqlu əsasda Paris klubunun düşərgəsinə qatıb. Kolo Muaninin Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kolo Muani PSJ üçün bütün yarışlarda 14 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kolo Muaninin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi 54 oyun, 11 qol və 7 məhsuldar ötürmədən ibarətdir.

Kolo Muani 2022-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 27 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Kolo Muaninin qənimətlər muzeyində PSJ ilə 2023/2024-cü illər mövsümündə qazandığı Fransa Liqa 1 çempionluğu, Fransa Kuboku və Fransa Super Kuboku var. Kolo Muani həmçinin “Nant”la Fransa Kubokunun (2021/2022) qalibi olub.

Transfermarkt internet-portalı 26 yaşlı fransalı mərkəz hücumçusu Randal Kolo Muaninin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
28
50
arena.az

10Mənbələr