Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin sayı artırılıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidindən 212-yə, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi isə 867 ştat vahidindən 926-ya qaldırılıb.