AZ

Bakı məhkəməsi Zeynəb Ən-Naimini 5 il həbs cəzasına məhkum edib

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin satışı ilə bağlı ittiham olunan tiktoker Zeynəb Ən-Naiminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda Zeynəb Ən-Naimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Zeynəb Ən-Naimi polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
 
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (qabaqcadan əlbir olan qrup və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz satışı) ilə ittiham olunub.
 
N.Təbrizli

www.anews.az
Seçilən
20
14
anews.az

10Mənbələr