Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Söhbət zamanı Suriyada və onun ətrafındakı vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi təsdiqlənib”, - məlumatda deyilir
XİN başçıları siyasi baxışlarından, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında vəziyyətin hərtərəfli nizamlanmasına həqiqətən töhfə verməyə qadir olan bütün xarici aktorların səylərini birləşdirməsinin vacibliyini vurğulayıblar.
Bundan əlavə, Lavrov Bolu vilayətində dağ-xizək kurortunda çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi hadisələrlə bağlı türkiyəli həmkarına başsağlığı verib.