AZ

Tahir Əmiraslanov: "Qadın üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rəhmətlik Sara Oğuz "Ocaqlarımızın bərəkəti" kitabında bu fikri çox gözəl ifadə edir. Deyir ki, Azərbaycan xanımı üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir".
Oxu.Az xəbər verir ki, Əməkdar mədəniyyət işçisi, məşhur kulinar, milli mətbəximizlə bağlı onlarla kitabın müəllifi Tahir Əmiraslanov Modern.az-a bildirib:
"Qadın uşaqlarına, yoldaşına sevgisini mətbəxdə göstərir. Zərdüşt peyğəmbər deyir ki, xörək bişirən ona ancaq fiziki deyil, həm də mənəvi təsir göstərir. Əgər qadın sevə-sevə yemək bişirirsə, onun bütün energetikası kişiyə də keçir, yox, əgər əsəbi, yorğun halda yemək bişirirsə, kişi ya televiziyanın qabağında yatacaq, ya telefonla oynayacaq, ya da qadından uzaqlaşacaq. Bu, onun özündən asılı deyil, qida informasiya daşıyıcısıdır. Bir də baxırsan kimsə haqqında deyirlər ki, o, niyə bu gözəllikdə qadını qoyub başqasını aldı? Çünki o gözəl xanımın cinsəl hissləri realizasiya olub. Kişilər ona çoxlu kompliment deyiblər, çoxlu sevənləri olub, baxıb özünə və sair, amma digəri bir o qədər baxımlı olmasa da, yaxşı yemək bişirib həyat yoldaşının könlünü xoş etməyi düşünür və bütün müsbət enerjini ərinə ötürür. Kişi özü də bilmir ki, onu niyə sevir, ona necə vurulub".
Əməkda mədəniyyət işçisi bildirib ki, qədim hind fəlsəfəsində də var ki, əgər qadın özünü ərinə sevdirmək istəyirsə, hətta kişinin anası və bacısına da imkan verməməlidir ki, ona yemək bişirsin:
"Hind mədəniyyətində həyat yoldaşlarını əlləri ilə yedizdirmək ənənəsi var. Bu, sakral qidalanmadır. Fikir verirsinizsə, qadınla kişi yaşlandıqca, bir-birlərinə oxşayırlar, çünki bütün informasiya, energetik mübadilə daimi olaraq onların arasında bu və digər yollarla gedir. Əgər qadında ağırlıq varsa, kişi ondan aralanacaq. Bütün dinlərdə qadınların kişilərə xəyanəti doğru qəbul edilmir. Bu səbəbdən Tanrı qadınlarda bakirəlik pərdəsi yaradıb, fizioloji olaraq heç bir önəmi olmasa da, çox önəmlidir. Çünki qadın hansı kişi ilə birlikdə olsa, onun bütün məlumatlarını daşıyır və yeni doğulacaq körpəyə ötürür. Qadına verilən rol tamamilə başqadır, həyat cənnətdə yaranır, Tanrı həyatın yarısını, yəni cənnəti ana bətninə köçürüb.
Bu gün qadınlar savadsız dietoloqların yanına gedib özlərini arıqlatmaq istəyirlər. Amma qadının bətnində yağ yoxdursa, onun rəhmi mühafizə olunmur. Bu cür bətndə uşaq sağlam olmayacaq, 100 dəfə həkimə gedəcəklər. Alimlər də vurğulayırlar ki, qadının bədənində yağ çox, yanları biçimli və iridirsə, o qadın daha ağıllı olur və daha çox ağıl ötürə bilir. Elə qadınlar daha güclüdür və rahat doğurlar. Bunların hamısının səbəbləri var. Mənim elmi işimin bir hissəsi qidanın insanın çoxalmasına təsiri idi, "Sevgi mətbəxi" kitabım da tibb alimlərinin rəyləri ilə çıxdı və məhz buna aid idi - qidanın insanın reproduktiv funksiyasına təsiri. Getdikcə qadın və kişi arasında bərabərlik yaratmaq adı ilə isə bütün bu sistemi məhv edirlər. İndi nadir qadınlar evində ərinə gözəl yemək bişirmək haqqında düşünürlər".
Seçilən
9
9
oxu.az

10Mənbələr