AZ

Avropa Liqası: “Qarabağ” FKSB ilə oyunda hesabı açıb -YENİLƏNİB

Bakı, 23 yanvar, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Rumıniyanın FKSB komandaları arasında keçirilən VII tur oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 2-ci dəqiqəsində Ağdam klubunun heyətində Leandro Andrade fərqlənib.

Matçı slovakiyalı hakim Filip Qlova idarə edir.

21:46

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Rumıniyanın FKSB komandaları arasında keçirilən VII turun oyunu start götürüb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 21:45-də başlayıb.

Matçı slovakiyalı hakim Filip Qlova idarə edir.

Seçilən
6
5
azertag.az

10Mənbələr