AZ

“Onun kimi oyunçu boş otura bilməz, hazırkı klubunda başına gələnlər...”

“Barselona”nın futbolçusu Rafinya Dias Neymarın “Əl-Hilal”ı tərk etməsi ilə bağlı fikirlərini açıqlayıb.

32 yaşlı forvard tezliklə Səudiyyə Ərəbistanını tərk edərək, vətəni Braziliyaya qayıda bilər. Onun adı “Santos”la yanaşı hallanır.

Sportinfo.az “Barsa Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Neymar kimi oyunçunun boş oturmamalı oıduğunu bildirib:

“Neymar kimi oyunçu boş otura bilməz. Onun hazırkı klubunda başına gələnlər fiziki hazırlığına mənfi təsir edəcək.

Neymarın yüksək səviyyəyə qayıtması həm ona, həm də hər kəsə fayda verəcək”.

“Əl-Hilal” PSJ və “Barselona”nın sabiq forvardını Səudiyyə Ərəbistanı liqasında mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirməyib.

Seçilən
16
50
sportinfo.az

10Mənbələr