Bakının Əmircan qəsəbəsində yerləşən və zirzəmisində cəsədlər olan məscid nəzarətsiz qalıb və baxımsız vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, ətrafı qənbar daşları ilə döşənmiş Əmir Nizaməddin Məscidinin tarixi qədimlərə gedib çıxır. Rəvayətə görə, məscid 1329-1330-cu illərdə Şirvanşahların hakimiyyəti dövründə Əmir Nizaməddin Kəsrani tərəfindən qaya üzərində tikilib.
Ehtimal edilir ki, zirzəmi XIX əsrin əvvəllərinə qədər olan müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə edilib. Lakin sonradan bu zirzəmi sərdabə kimi xidmət edib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olub. Əmircan kənd sakini Tehran Qarayusifli deyir ki, bu tarixi məkan 2022-ci ildə Bakı Abadlıq Xidməti tərəfindən tarixiliyi qorunub sazlanılmaqla əsaslı təmir olunub. Amma bir sıra sıra həllini gözləyən problemlər qalmaqdadır.
Tehran Qarayusifli tarixi abidənin zirsəmisindəki cəsədlərin də qorunmasının əhəmiyyətinə diqqət çəkib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti sorğumuza cavab olaraq bildrildi ki, XIV əsrə aid Nizaməddin məscidinin zirzəmisi ilə bağlı məsələ diqqətdə saxlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.