AZ

“Oskar”a namizədlər bəlli oldu – SİYAHI

  97-ci “Oskar” mükafatına namizədlər bəlli olub.

Siyahıya 13 kateqoriya üzrə namizəd göstərilən “Emiliya Peres” filmi liderlik edir. Ən prestijli mükafat uğrunda onunla yanaşı “Brutalist” və “Anora” filmləri və Demi Mur, Kiran Kalkin, Timoti Şalame kimi ulduzlar da mübarizə aparacaq.

“Ən yaxşı film” üzrə “Oskar”a namizəd göstərilən filmlər bunlardır: “Brutalist” (Bred Korbet), “Anora” (Şon Beyker), “Emiliya Peres” (Jak Odiar), “Konklav” (Edvard Berger), “Heç kimin tanımadığı” (Ceyms Menqold), “Dyuna: ikinci hissə” (Deni Vilnev), “Mən hələ də buradayam” (Valter Salles), “Substansiya” (Korali Farja), “Qəzəbli: Qərbdən olan ifritə haqqında nağıl” (Con Çu), “Nikeldən” olan oğlanlar” (Ramel Ross).

Şon Beyker, Bredi Korbet, Korali Farj, Jak Odiar və Ceyms Menqold isə “Ən yaxşı rejissor” adı üçün mübarizə aparacaqlar.

Demi Mur, Mayki Medison, Karla Sofiya Qaskon, Sintiya Erivo, Fernanda Torres ilin “Ən yaxşı aktrisa”sı adını qazanıb.

***18:40

 Amerika kinoakademiyası bu gün “Oskar”a namizədlərin adlarını açıqlayacaq.

“Ən yaxşı aktyor” adı uğrunda Demi Mur, Kiran Kalkin və Mayk Medisonun mübarizə aparacağı gözlənilir.

Bu il 97-cisi təşkil ediləcək “Oskar” mərasimində “Ən yaxşı film” nominasiyasına “Brutalist”, “Emiliya Peres” və “Anora” filmlərinin namizəd göstəriləcəyi ehtimal edilir.

Xatırladaq ki, namizədlərin adları hələ ötən həftə açıqlanmalı idi, lakin Kaliforniyada davam edən güclü meşə yanğınları səbəbindən siyahı bu il bir qədər gec açıqlanır. Mükafatın təqdimolunma mərasimi isə martın 2-də keçiriləcək.//globalinfo.az  

Seçilən
44
18
referans.az

10Mənbələr