“Oskar” mükafatına namizəd filmin iranlı aktrisasının ölkədən çıxışına qadağa qoyulub.
APA xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Bildirilib ki, bu yaxınlarda “Oskar”a namizəd olan “Müqəddəs əncirin toxumu” filmində çəkilən iranlı aktrisaya ölkəni tərk etməsi qadağan edilib.
Qeyd edilib ki, Soheyla Golestani iranlı kinorejissor Məhəmməd Rəsulofun rejissoru olduğu “Müqəddəs əncirin toxumu” filmindəki roluna görə İran hökumətinə qarşı təbliğat və əxlaqsızlığı təbliğ etməkdə ittiham olunur.
“Oskar”da Almaniyanın ən yaxşı xarici film kimi namizəd olaraq irəli sürülən “Müqəddəs əncirin toxumu” İranda 2022-ci ildə məcburi hicab qaydalarını pozduğu üçün saxlanılan Məhsa Əmininin öldürülməsi ilə başlayan etirazlardan bəhs edir.
Filmin rejissoru Məhəmməd Rəsulof qeyri-qanuni yollarla İrandan qaçıb.