AZ

Polşa Prezidenti: Rusiyanı sülhə məcbur etmək lazımdır

Rusiyanı sülhə məcbur etmək lazımdır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Davos İqtisadi Forumunda çıxışında deyib.

 

O bildirib ki, dünya bunun üçün tədbirlər görməlidir.

 

“Rusiya televiziyasına baxsanız, əsl problemin nə olduğunu görərsiniz”, - dövlət başçısı əlavə edib.

 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Ukrayna lideri Volodimir Zelenski isə söyləyib ki, savaşın bu il bitməsi üçün mümkün olan hər şeyi edəcək.

Seçilən
5
9
sfera.az

10Mənbələr