1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistanla Türkiyə arasında fəal dialoqa baxmayaraq, hələ də ciddi nəticələr əldə olunmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Baltikyanı ölkələrin parlament sədrlərinin iştirakı ilə keçirilən panel müzakirəsi zamanı bildirib.
Mirzoyan qeyd edib ki, 30 ildir sərhədləri bağlı olan Türkiyə ilə danışıqlar yüksək səviyyədə aparılır.
Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər.