"Barselona" Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, razılaşma 2031-ci il iyunun sonuna kimi nəzərdə tutulub.
Müqaviləsi mövsümün sonunda bitəcək 25 yaşlı mərkəz müdafiəçinin "Yuventus"a keçmə ehtimalı meydana gəlmişdi. Uruqvaylı futbolçu sonda "Barsa"da qalmağa qərar verib.
Qeyd edək ki, Ronald 2018-ci ildən "Barselona"da çıxış edir. Zədədən əziyyət çəkən Arauxo bu mövsümdə 2 oyunda meydana çıxıb.
Norveç VAR-dan imtina edə bilər
“Cimbom”un istədiyi futbolçu zədələndi
İtaliyada oyundan öncə gərginlik - 3 yaralı
Donnarumma PSJ ilə bağlı qərar verib
Premyer Liqanı İtaliya A Seriyasına dəyişdi