AZ

ABŞ lideri: Müharibənin həlli tamamilə Rusiyadan asılıdır

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinin indi tamamilə Moskvadan asılı olduğunu bildirib...

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə çıxışında deyib,

O bildirib ki, Ukrayna razılığa hazırdır.

Trampın sözlərinə görə, artıq tərəflər arasında atəşkəslə bağlı işə başlanılıb.

ABŞ lideri sülhün təmin olunacağına əminliyini ifadə edib.

Dövlət başçısı, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə tezliklə görüşmək istədiyini bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Ukrayna lideri Volodimir Zelenski isə söyləyib ki, savaşın 2025-ci ildə bitməsi naminə mümkün olan hər şeyi edəcək.

Poliqon.info

Seçilən
3
32
poliqon.info

10Mənbələr