Türkiyədəki yanğına görə saxlanılanların sayı artdı
Türkiyədə Kartalkaya dağ-xizək kurortunun otelində baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb.
“Məhkəmə prosesinin hara aparmasından asılı olmayaraq, effektiv şəkildə davam etdirmək əzmi var. Yanğında kimin günahı varsa, cavab verəcək”, - nazir deyib.