AZ

"Qarabağ" - FCSB oyununda qapılara 5-ci qol vuruldu - YENİLƏNİB

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda beşinci qol vurulub.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar 3:2 hesabı ilə önə keçiblər.

Rumınların heyətində 73-cü dəqiqədə Adrian Şut dubl müəllifi olub.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, ilk hissədə 2:2 hesablı bərabərlik qeydə alınıb.

Rumıniya klubunun heyətində 45+4-cü dəqiqədə David Mikelesku bərabərlik qolunu vurub.

Matçı slovakiyalı baş hakim Filip Qlova idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda üçüncü qol vurulub.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.

41-ci dəqiqədə qonaqların heyətində Dava Coyskim avtoqol müəllifi olub.

Matçı slovakiyalı baş hakim Filip Qlova idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaq hesbaı bərabərləşdiriblər - 1:1.

7-ci dəqiqədə Adrian Şut fərqlənib.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda hesab açılıb.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 2-ci dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyunu start götürüb.

Redaktor.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

Seçilən
3
6
redaktor.az

10Mənbələr