Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin Xüsusi Rütübəlillərlə Qəbul Şöbəsinin rəisi vəzifəsindən azad edilib.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə polkovnik Şahin Orucov sözügedən şöbənin rəisi vəzifəsindən azad olunub.
Qeyd edək ki, FHN-də polkovnik Şahin Orucov Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunub. Sevda Şirinova onun vəzifəsində saxlamasına da çalışsa da, bu baş tutmayıb.