“Qarabağ”la oyunda bəxtimiz gətirdi”.
Msport.az xəbər verir ki, bunu Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Haralambus Bakıda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının əsas mərhələsinin VII tur oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis gözəl oyuna və qələbəyə görə çox sevindiyini bildirib: “Bizi çətin matçın gözlədiyini demişdim. Həqiqətən “Qarabağ”la görüşdə çox əziyyət çəkdik. Düşünürəm ki, bəxtimiz də gətirdi. Oyundan əvvəl “Qarabağ”ı yaxşı təhlil etmişdik. Standart vəziyyətərə yaxşı hazırlaşmışdıq. İstədiyimiz qolları vurduq və qələbə qazandıq”.