UEFA Avropa Liqasının əsas mərhələsində VII turun daha 8 oyunu keçirilib.
Azpost bildirir ki, “Fənərbağça” Türkiyədə Fransanın “Lion” klubunu sınağa çəkib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 14-ə çatdıran qonaqlar 3-cü pilləyə yüksəliblər. Meydan sahibləri isə 9 xalla 19-cu sırada yer alıblar.
Gecənin digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar
21:45. “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) – 0:0
21:45. “Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) – 2:3
21:45. “Malmö” (İsveç) – “Tvente” (Niderland) – 2:3
21:45. “Budyo Qlimt” (Norveç) – “Makkabi” (Təl-Əviv, İsrail) – 3:1
21:45. “Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) – 0:1
21:45. “AZ Alkmaar” (Niderland) – “Roma” (İtaliya) – 1:0
21:45. “Viktoriya” (Çexiya) – “Anderlext” (Belçika) – 2:0
21:45. “Hoffenhaym” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:3
Qeyd edək ki, VII turun son 8 oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürüb.