AZ

Zaxarova Bakıda mühakimə edilən ermənilərlə bağlı NƏ DEYİB?

Ümumiyyətlə, uzun illər müxtəlif cəhdlərə baxmayaraq, təəssüf ki, dayandırılması mümkün olmayan Ermənistan-Azərbaycan münaqişəsindən, bütövlükdə bu prosesdən danışsaq, bu, Bakı və İrəvan arasında çoxlu sayda nəhəng humanitar problemlərə gətirib çıxarıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova erməni jurnalistin Bakıda hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsi ilə bağlı yalanlardan və böhtanlardan ibarət provokativ sualına cavab olaraq bildirib.

“Bax, elə məhz buna görə üçtərəfli proses çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri, o cümlədən humanitar məsələlərin həllinin zəruriliyi barədə razılığa gəliblər. 31 oktyabr 2022-ci il tarixli bəyanatda deyilir ki, sitat: “Tərəflər humanitar məsələlər bloku da daxil olmaqla, qalan məsələlərin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşıblar”. Sitatın sonu.

Seçilən
16
3
publika.az

10Mənbələr