AZ

Ukrayna müharibəsində məğlub olmaq NATO trilyonlarına başa gələ bilər - NATO-nun baş katibi

NATO-nun baş katibi Mark Rutte Dünya İqtisadi Forumunda (WEF) bəyan edib ki, Ukrayna Rusiyaya qarşı uduzsa, NATO-nun gücü və etibarlılığı zəifləyəcək və onun çəkindirmə qabiliyyətini bərpa etmək trilyonlara başa gələ bilər.

NATO-nun baş katibi Mark Rutte İsveçrənin Davos şəhərində davam edən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində Ukrayna ilə bağlı paneldə açıqlama verib. Rutte çıxışında bildirib ki, Ukrayna müharibəni uduzsa, NATO-nun çəkindirmə gücünü bərpa etmək trilyonlara başa gələ bilər.

“Cəbhə xətti yanlış istiqamətdə gedir”

Tədbirdə jurnalist Fareed Zakaria moderatorluq edib və Polşa Prezidenti Anjey Duda, Latviya Prezidenti Edqars Rinkeviç, Xorvatiyanın Baş Naziri Andrey Plenkoviç, Belçikanın Baş naziri Aleksandr de Kroo və Ukrayna Baş nazirinin müavini Yuliya Svırıdenko da daxil olmaqla məruzəçilər iştirak ediblər. Ukraynaya dəstək verən ölkələrin bu dəstəyi artırması lazım olduğunu vurğulayan Rutte, “Müharibənin gedişatını dəyişdirməliyik" deyib.

Seçilən
6
21
kommersant.az

10Mənbələr