AZ

Qışda saç quruması və tökülməsinin qarşısını necə almaq olar?

Qışda saçlar quruyur, kövrək olur, parlaqlığını itirir və daha tez-tez tökülür. Rusiyalı həkim Svetlana Trofimova "Rossiya 1" telekanalında onların vəziyyətini necə yaxşılaşdırmaq barədə danışıb.

Tibb elmləri doktoru, professor Svetlana Trofimova əmin edir ki, saçların pisləşməsinin heç bir xarici səbəbi yoxdur. Saçların görünüşü əsasən daxili vəziyyətimizdən asılıdır. Buna görə də saçın sağlamlığına təsir edən vitamin və mikroelementlərin tədarükünü artırmaq vacibdir.

“Saç follikullarının normal fəaliyyət göstərməsinə sink, silisium və mis kimi mikroelementlər təsir edir” – ekspert "Rossiya 1" telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişində deyib.

Silikon saçları güclü edir, sink zülal sintezində iştirak edir və saçların böyüməsini dəstəkləyir, mis isə dolğun rəngindən məsuldur. Bu baxımdan həkim qida rasionuna qırmızı balıq, yulaf əzməsi və qoz-fındıq daxil etməyi tövsiyə edir. Çörəyin tərkibində B vitaminləri var. Saçın proteinə ehtiyacı olduğunu xatırlamaq vacibdir: onsuz parlaqlığını itirir. Ət və yumurta da protein əskikliyini doldurmağa kömək edir.

Soyuq mövsümdə düzgün saç baxımı heç də az əhəmiyyət kəsb etmir. Trofimova vurğulayıb ki, qış və yay üçün müxtəlif kosmetik vasitələr olmalıdır. O, baş dərisinə və saç köklərinə yuyulmadan tətbiq olunan xüsusi losyonlardan istifadə etməyi tövsiyə edir."Bu, saç follikullarına daha uzunmüddətli təsir göstərir. Belə bir məhsulun tərkibi çoxkomponentli olmalıdır", - həkim izah edib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
22
30
ikisahil.az

10Mənbələr