AZ

“Təkcə Azərbaycanla deyil, Türkiyə ilə də...” - Paşinyan

“Ermənistan sülh gündəliyinin irəliləməsində beynəlxalq ictimaiyyətin dəstəyinə ümid edir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Davos İqtisadi Forumunda “Avropanın təsirini necə yaymaq olar” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir: “Xüsusilə, Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır”.

Paşinyan bildirib ki, İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üzərində işləyir.

O, həmçinin qeyd edib ki, Ermənistan İran və Gürcüstanla da əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Seçilən
25
10
qafqazinfo.az

10Mənbələr