AZ

Maya Sandu Avropa və G7 ölkələri səfirləri ilə enerji böhranını müzakirə edib

Moldova Prezidenti Maya Sandu Avropa dövlətlərinin və G7-yə üzv ölkələrin, o cümlədən ABŞ, Kanada və Yaponiyanın Moldovada akkreditə olunmuş səfirləri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Maya Sandu ölkəsinin qarşısında duran əsas problemləri, enerji böhranının vətəndaşların həyat səviyyəsinə birbaşa təsirini qeyd edib. Bu baxımdan o, Moldovanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz səylərini yönəltdiyini vurğulayıb. Prezident beynəlxalq tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, bu yardımın Moldovanın sabitliyi, eləcə də bütün regionun təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Maya Sandu ədliyyə islahatları məsələsinə də toxunaraq, bunun təkcə Avropa İttifaqına üzv olmaq üçün şərt olmadığını, həm də ədalətli, müstəqil və effektiv ədliyyə sisteminə sahib olmaq istəyən vətəndaşların açıq gözləntisi olduğunu vurğulayıb.

Daha bir mühüm müzakirə mövzusu siyasi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olub. Maya Sandu korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan qurumların institusional arxitekturasının gücləndirilməsinin, habelə siyasi və seçki korrupsiyası ilə məşğul olan şəxslərə qarşı daha sərt sanksiyaların tətbiqi üçün hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu tədbirlər parlament seçkilərinin düzgün keçirilməsini təmin etmək üçün lazımdır.

Seçilən
4
1
sia.az

2Mənbələr