Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.
Bu barədə Ermənistan KİV hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.
APA
Tarix: 24 Yanvar 2025, 07:18