Amerikalı jurnalist Kendis Ouens Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu sübut edəcəyinə söz verib.
News24.az Söz.az-a istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Jurnalist, belə bir qadının heç vaxt olmadığını və onun haqqında ilk məlumatın yalnız Fransa lideri ilə tanış olduğu andan ortaya çıxdığını iddia edib.
Ouens sübut materiallarının yayımlanmasını yanvarın 30-na planlaşdırıb.
Jurnalist bundan əvvəl Fransa prezidentinin ailəsinin vəkilləri tərəfindən təqib edildiyini bildirsə də, onu susdura bilməyəcəklərini vurğuylayıb.
“Prezidentlər xarici jurnalistlərin açıqlaya biləcəklərindən qorxmasalar, onları hədələməzlər”, - deyə Ouens bildirib.