AZ

Ukraynada sülh - Qarşıdan Tramp-Putin qarşıdurması gəlir?..

ABŞ prezidenti istənilən zaman Putinlə görüşə hazır olduğunu bildirib...

Politoloq: “Trampın sülhlə bağlı vədindən sonra Rusiya prezidentinə doğru açıq hədə çıxışı kifayət qədər ciddi rezonans doğurub”.

“Yüksək tələblər və geri addım atmamaq Trampın işinə yaramaz, o sülhə nail ola bilməz”.

Bu sözləri politoloq Turan Rzayev Trampın Putinlə görüşə hazır olmasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Tramp istənilən zaman Putinlə görüşə hazır olduğunu bildirib və əlavə edib ki, əgər Moskva sülhə yanaşmasa, Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcək.

Bu fonda ənənəvi ABŞ-Rusiya geosiyasi qarşıdurması çərçivəsindən kənara çıxacaq və daha çox şəxsiləşəcək Tramp-Putin qarşıdurmasını mümkündürmü və bu qarşıdurma Trampın reallaşdırmağı vəd etdiyi digər planlara necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Qeyri-rəsmi mənbələrə görə artıq təmaslar qurulub və Rusiya tərəfi ilə ilkin danışıqlar gedir”.

İlk növbədə Trampın hər iki tərəfə sülh çağırışları edəcəyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, sülhə nail olmağa mane olan qüvvə hansı tərəf olacaqsa, o tərəfə də Trampın təzyiqi artıracaq:

Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirməsi yeni bir şey deyil. Yəni seçkil kampaniyasıında Trampın ən böyük vədlərindən biri Rusiya-Ukrayna müharibəsini bitirəcəyi olub. O hətta dəfəlırlə 24 saat ərzində bu sülhə nail olacağını bildirib. Amma həqiqətən də, Trampın sülhlə bağlı vədindən sonra Rusiya prezidentinə doğru açıq hədə dolu çıxışı kifayət qədər ciddi rezonans doğurub.

Hesab edirəm burada əsas məsələ Rusiya və Ukrayna prezidentlərinin yüksək ambisiyalarıdır. Hər iki tərəf maksimalist mövqe sərgiləyir. Düzdür, işğalçı tərəf Rusiyadır. Amma Ukrayna da artıq işğalçıdır. Çünki Ukrayna da Kursk və ətraf əraziləri işğal edib. Hər iki tərəfin tələbləri yüksəkdir. Yüksək tələblər və geri addım atmamaq Trampın işinə yaramaz, o sülhə nail ola bilməz. Bunlar çətin məsələlərdir. Ona görə də Tramp hədələyici bəyanatlar səsləndirir ki, Rusiya maksimalist tələblərindən geri çəkilsin.

Turan Rzayev: “Hər iki tərəfə təzyiq edilə bilər”.

Buna görə də, Tramp daha çox Putinə ünvanlanan ilk dəfə belə açıqlama verdi. Amma qeyri-rəsmi mənbələrə görə artıq təmaslar qurulub və Rusiya tərəfi ilə ilkin danışıqlar gedir. Yəqin ki, yaxın zamanlarda Putinlə Tramp arasında telefon danışığı olacaq.

İlk növbədə Tramp hər iki tərəfə sülh çağırışları edəcək. Sülhə nail olmağa mane olan qüvvə hansı tərəf olacaqsa, o tərəfə Tramp təzyiqi artıracaq. Bu tərəf Ukrayna da ola bilər, Rusiya da ola bilər. Yəni hər iki tərəfə təzyiq edilə bilər.

Hesab edirəm ki, sülhə nail olmaq Trampın əsas prioritetlərindən biridir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
8
50
poliqon.info

6Mənbələr