Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb.
Banco.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78.42 dollar təşkil edib ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0.58 dollar (0.73%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0.72 dollar (0.95%) ucuzlaşaraq 74.72 dollar/barelə bərabər olub.