AZ

Sirkə turşusu içərək zəhərlənən şəxs xilas edildi (FOTO)

Bakı. Trend:

Sirkə turşusu içərək zəhərlənən şəxs həyata qaytarılıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi RuzbehMəmməd məlumat verib.

O bildirib ki, 51 yaşlı vətəndaş (qadın cinsli) kəskin peroralsirkə turşusu zəhərlənməsi səbəbi ilə ağır vəziyyətdə Kliniki TibbiMərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

"Xəstəyə ağız, udlaq, yuxarı tənəffüs yolları, qida borusu, mədəvə bağırsağın kimyəvi yanığı, qida borusu və mədə-bağırsaqqanaxması diaqnozları qoyulub, dərhal zəruri müalicə prosedurlarıbaşladılıb.

Aparılan uzunmüddətli müalicə tədbirləri nəticəsində xəstəninvəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidəedilib.

1 ay davam edən stasionar müalicə prosedurlarından sonra xəstəkafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb",- deyə oəlavə edib.

Sirkə
Seçilən
3
2
az.trend.az

3Mənbələr