![Böyük](https://ulusum.az/uploads/posts/2025-01/cf77fd0fc8_2024-08-26t164844z_350876279_rc2qn9apc2ll_rtrmadp_3_britain-carnival-pic_32ratio_900x600-900x600-98298.webp)
Liverpul Kral Məhkəməsi 2024-cü ilin yayında Southport şəhərində uşaqlara hücum edən yeniyetməni 13 dəfə ömürlük həbs cəzasına məhkum edib. “Ulusum”.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.“Məlumata görə, Southportda üçqat qatil Axsel Rudakubana ən azı 52 il həbsdə qalmaq şərti ilə ömürlük həbs cəzası alıb,” – deyə xəbərdə bildirilib.Yeniyetmə cəmi 13 ittiham üzrə ömürlük cəza alıb. Məhkəmə hökmün müddətindən təqsirləndirilən şəxsin istintaq zamanı 175 gün nəzarətdə olduğu müddəti çıxıb.Hadisə keçən ilin iyul ayında baş verib. Yeniyetmə rəqs və yoqa məşqləri zamanı uşaqlara bıçaqla hücum edib. Hücum nəticəsində 9 uşaq zərər çəkib, onlardan üçü həyatını itirib, həmçinin iki yetkin şəxs xəsarət alıb.Səidə
Diqqət Çəkənlər
AP: İraqda uşaqlarla evlənməyə icazə verən qanun layihəsi parlament tərəfindən rəsmi olaraq qəbul edilib
AQTA: İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edilib
Depressiya və ya Birinci Məktubdan Öncə