AZ

Argentina Paris İqlim Sazişindən çıxa bilər

Argentina prezidenti Xavyer Miley ölkəni Paris İqlim Sazişindən çıxarmağı düşünür...

Poliqon xəbər verir bu barədə Financial Times qəzeti mənbələrə istinadən məlumat yayzıb. Nəşr yazır ki, yekun qərar hələ qəbul edilməyib, lakin nəşrin mənbələrinə görə, Argentina çox güman ki, ABŞ-dən nümunə götürəcək və sazişdən çıxacaq. Bununla da Argentina belə bir qərar verən ikinci ölkə olacaq.

FT-nin məlumatına görə, Argentina rəsmiləri Mileyin komandasını fikrindən daşındırmağa çalışıblar. Nəşr qeyd edir ki, Argentina sazişdən çıxmaq qərarına gəlsə, bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə ciddi zərbə olacaq. Bu, həmçinin Aİ-nin Merkosur ölkələri (Argentina, Braziliya, Paraqvay və Uruqvay) ilə ticarət sazişinə təsir göstərəcəyi ilə təhdid edir, çünki bu müqavilədə tərəflərdən birinin Paris Sazişindən çıxması halında tərəflərin sazişi dayandıra biləcəyi qeyd edilir.

Bu, həmçinin Argentinanın öz üzvləri üçün ekoloji siyasət standartlarını müdafiə edən OECD-ə qoşulmaq üçün son təklifi ilə bağlı problemlər yarada bilər.

Qeyd edək ki, yanvarın 21-də ABŞ prezidenti Donald Tramp ABŞ-nin Paris İqlim Sazişindən çıxması ilə bağlı BMT-yə məktub göndərilməsi barədə göstəriş verib. Tramp eyni qərarı 2017-ci ildə ilk prezidentlik dövründə də qəbul etmişdi. 2021-ci ildə onu əvəzləyən Co Bayden ABŞ-ni yenidən müqavilədə iştirak edən ölkələr siyahısına qaytaran sərəncam imzalayıb.

Poliqon.info

Seçilən
0
19
poliqon.info

10Mənbələr