1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asəf Cəfərzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2024-cü il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlayaraq qətlə yetirilib.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.
İttihama görə, Qənəət Fərmanova ilə Asəf Cəfərzadə qeyri-rəsmi münasibətdə olub. Qətl hadisəsi isə qısqanclıq zəminində baş verib. Bunu Asəf Cəfərzadə məhkəmədə ifadəsində bildirib. Asəfin sözlərinə görə, o, Qənəətlə 2018-ci ildə tanış olub. Onların hər ikisi evli olub boşanıblar. Asəfin də, Qənəətin də əvvəlki evliliyindən iki övladı olub. Hadisənin baş verdiyi gün isə Asəf Qənəətin keçmiş həyat yoldaşı ilə münasibətini öyrənib. Qənəətin etirafı isə Asəfi özündən çıxarıb və mətbəxə gedərək bıçağa əl atıb.