AZ

Küçədə qalan qadın başına gələnləri danışdı: "Anam məni uşağımla birlikdə qəbul etmir" (VİDEO)

Zorakılığa məruz qalan 40 yaşlı Şəfiqə Novruzova yanvarın 4-dən körpəsi ilə küçədə gecələyir.

Onun sözlərinə görə, ikinci evliliyindən olan övladının atası narkotik aludəçisidir:

"Xaçmazdan gəlmişəm. Özüm Maştağadanam. Dedim, buradan bir sığınacaq tapım, işləyib uşağıma bir gün ağlayım. Uşağımın atası bir dəfə həbsdə də olub. Oğluma gün verib, işıq vermirdi. Evdən bir-iki dəst paltarla çıxmışıq ki, bilməsin".

Qadın bildirib ki, onlara sahib çıxacaq heç kim yoxdur:

"Atam vəfat edib. Anam da məni uşağımla birlikdə qəbul etmir. Deyir ki, onu uşaq evinə təhvil ver, sonra gəl".

Baku TV məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət edib. Qurumun əməkdaşları sözügüdən əraziyə gələrək qiymətləndirmə aparıblar.

Vətəndaş və övladı aidiyyəti müəssisəyə yerləşdirilib.

Ətraflı süjetdə:
 
Seçilən
8
4
demokrat.az

10Mənbələr