AZ

Qazaxıstanda ekstremist qrupun dörd üzvü saxlanılıb

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Astana və Kosşıda ekstremist qrupun dörd üzvünü saxlayıb.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Onlar terrorizmin təbliği, ekstremist fəaliyyətin təşkili və iştirakında, həmçinin yeni tərəfdarların cəlb edilməsində şübhəli bilinirlər.

"Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı dini materiallar və digər maddi sübutlar götürülüb. Hazırda Cinayət Məcəlləsinin 256, 259 və 405-ci maddələri ilə ilkin araşdırma aparılır", - komitədən bildirilib.

Seçilən
6
2
far.az

3Mənbələr