ABŞ prezidenti Tramp Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda bitməli olduğunu, tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini və Zelenskinin bu müharibəni dayandıracaq razılaşmanı müzakirə etməyə hazır olduğunu deyib.ABŞ prezidenti Donald Tramp Ağ Evdə imzalanma mərasimindən sonra gündəmlə bağlı sualları cavablandırıb.Tramp Rusiya-Ukrayna müharibəsinin gülünc bir müharibə olduğunu və bir an əvvəl bitməsi lazım olduğunu vurğulayıb.Ukrayna prezidenti Zelenskinin danışıqlara hazır olub-olmadığı ilə bağlı sualı cavablandıran Tramp "Zelenski bu müharibəni dayandıracaq sövdələşməyə hazırdır. Ukrayna və Rusiya həddən artıq çox əsgər itirib" deyib.Çinin Rusiya üzərində müəyyən təsir və gücə malik olduğunu qeyd edən Tramp, Çin prezidenti Si Cinpinin də müharibəni bitirmək üçün bu təsirdən istifadə etməli olduğunu bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta