AZ

Quliyev Rəhimova qarşı çıxdı - İstefa verəcək?

Azərbaycan Premyer Liqasının 19-cu turundan sonra “Turan Tovuz”un düşərgəsində gərginlik yaşanır. Qərb derbisində “Kəpəz”ə 2:5 hesablı məğlubiyyət Tovuz klubunda ciddi gərginlik yaradıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, gözlənilməz məğlubiyyət “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyevi qəzəbləndirib. O, problemlərlə dolu klubu tərk etmək istəyir.

Kluba yaxın şəxsin verdiyi məlumata görə, Ehtiram Quliyev heç bir səlahiyyətə sahib deyil. Komandada hər şey Rusiyada yaşayan milyarder İlham Rəhimovun nəzarətindədir. Bütün qərarları o verir.

Ehtiram Quliyev yaxın ətrafı ilə söhbətdə bildirib ki, klubda özünü lazımsız fiqur hesab edir, qərarlara təsir imkanı yoxdur, amma komandanın uğursuzluğu zamanı tənqid olunan da odur.

Ehtiram Quliyev əmindir ki, 70 yaşlı Kurban Berdıyevlə uğur qazanmaq mümkün olmayacaq. O, situasiyanın dəyişəcəyinə inanmadığını, buna görə də “Turan Tovuz”dan getmək istədiyini bildirib.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Kurban Berdıyevi “Turan Tovuz”a məhz İlham Rəhimov gətirib.

Seçilən
3
10
axar.az

10Mənbələr