“Cari tədris ilində peşə təhsili sahəsinə 25 minə yaxın tələbə qəbul edilib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir”.
Bakıvaxtı.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, 2026-cı ilə qədər isə təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb olunması planlaşdırılır.
“Bu istiqamətdə atılan addımlar ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsinə və işçi qüvvəsinin peşəkarlıq səviyyəsinin artırılmasına mühüm töhfə verəcəkdir”.
Mina Mikayılova