AZ

Sirkə turşusu ilə zəhərlənən şəxs KTM-də həyata qaytarılıb

Sirkə turşusundan zəhərlənən 51 yaşlı qadın KTM-də həyata qaytarılıb.

51 yaşlı vətəndaş (qadın cinsli) kəskin peroral sirkə turşusu zəhərlənməsi səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

Kliniki Tibbi Mərkəzdən "Operativ Media"ya verilən məlumata görə, xəstəyə ağız, udlaq, yuxarı tənəffüs yolları, qida borusu, mədə və bağırsağın kimyəvi yanığı, qida borusu və mədə-bağırsaq qanaxması diaqnozları qoyulub, dərhal zəruri müalicə prosedurları başladılıb.

Aparılan uzunmüddətli müalicə tədbirləri nəticəsində xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib.

1 ay davam edən stasionar müalicə prosedurlarından sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
2
1
operativmedia.az

2Mənbələr