Talibanın Əfqanıstandakı nümayəndələri (Rusiyada qadağan olunmuş təşkilat) Tatarıstan hakimiyyətindən KazanForum iqtisadi forumu çərçivəsində Əfqanıstan sərgisi təşkil etməyi xahiş ediblər.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir. Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi Tatarıstanın raisinə (sədri) Rüstəm Minnixanova məktubunda deyilir: “Biz yaxşı yerdə aparıcı iş adamlarımızın məhsullarını ən yaxşı şəkildə təqdim etmək üçün sərgi pavilyonu təşkil etmək istəyirik”. Nazir Əzizi əlavə edib ki, Kabil Kazan və forumda tərəfdaşlıq etməyə və ən yüksək səviyyədə iştirak etməyə hazırdır.
Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin təsdiq edib ki, 60-a yaxın tanınmış əfqan iş adamı öz mallarını, o cümlədən zərgərlik, qida və tekstil, xalça, kosmetika və məişət kimyası məhsullarını forumda nümayiş etdirməyə hazırdır.
//Gülnarə Abasova, Editor.az