Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.