AZ

“Ukrayna qalib gəlməlidir” -  Fridrix Mertz

Almaniya kanslerliyinə əsas namizəd, Xristian Demokrat İttifaqının rəhbəri Fridrix Mertz seçki ərəfəsində müxtəlif istiqamətlər üzrə platformasını açıqlayıb. Rusiya Federasiyasının Ukraynaya təcavüzünün aradan qaldırılması bu platformanın prioritetlərindən biri kimi təqdim olunub.

Herbiand.az xəbər verir ki, son çxışında Mertz birmənalı bildirib ki, Ukrayna qalib gəlməlidir.

Hamının sülh istədiyini deyən namizəd Almaniyadakı müzakirələrin bu, hansı sülhdür və buna nail olmaq üçün nə etmək lazımdır sualları ətrafında cərəyan etdiyini bildirib.

"Ukrayna üçün inanıram ki, əsas cavab odur ki, bu müharibədə qalib gəlməlidir".

Mertz belə bir qələbəni necə təsəvvür etdiyini söyləyib: Ərazi bütövlüyünün bərpası, dövlətin suverenliyini həyata keçirən demokratik yolla seçilmiş legitim hökumət, siyasi və hərbi ittifaqları seçməkdə tam azadlıq.

Amma bununla belə Mertz Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı birmənalı fikir bildirməyib.

Eyni zamanda XDİ lideri 2024-cü ilin dekabrın əvvəlindəki çıxışında səsləndirdiyi “Rusiya uduzmalıdır” ifadəsi də səsləndirilməyib. (Xatırladaq ki, Kansler Şolz da bəzi media və siyasətçilər tərəfindən tənqid edilən bu ifadəni deməkdən imtina edir.) XDİ rəhbəri bu dəfə belə bir düsturdan istifadə edib: “Rusiya artıq bu müharibəni hərbi yolla uğurla davam etdirmək şansını görməməlidir”. Onun fikrincə, bu, Ukraynanın “özünü Rusiya təcavüzündən effektiv şəkildə müdafiə etmək” üçün “kifayət qədər güclü” olmasını tələb edir. “Almaniya müharibənin tərəfinə çevrilməməlidir” deyən Merz, Ukraynanın “bütün lazımi diplomatik, maliyyə, humanitar və hərbi vasitələrlə” dəstəklənməli olduğunu qeyd edib.

Bununla yanaşı Mertz kansler seçiləcəyi təqdirdə TAURUS qanadlı raketlərini Ukraynaya təhvil verib-verməyəcəyini birmənalı söyləməkdən çəkinib. Qeyd edək ki, əvvəllər o, bu cür raketlərin ötürülməsini müdafiə edirdi, lakin son vaxtlar getdikcə daha çox tərəfdaşlarla, ilk növbədə ABŞ-la əlaqələndirmə kontekstində hərəkət etməyin vacibliyini bildirir.

Seçilən
13
50
herbiand.az

10Mənbələr