Bolu Kartalkayadakı "Grand Kartal" hotelində baş verən yanğınla əlaqədar daha bir nəfər saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb.
Onun sözlərinə görə, hotelin memarı olmuş, 72 yaşlı təqaüdçü Ali B. polis tərəfindən Sancaktepedəki ünvanında saxlanılıb. Bununla da, nazir hoteldəki yanğına görə saxlanılanların sayının 12-yə çatdığını ifadə edib.
Nəzarətə götürənlər arasında hotelin sahibi və digər əməkdaşları da var.