"Barselona"nın idman direktoru Deko "Əl-Hilal"ın hücumçusu Neymarın Kataloniya klubuna qayıdacağına dair məlumatlara münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, 32 yaşlı forvardın Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılacağı, sabiq klubu "Barselona" olduğu iddia edilir.
Deko bu iddiaları təkzib edib: "Neymarın "Barselona"ya qayıtması ilə bağlı söhbətlər həmişə olub. Səudiyyə Ərəbistanına getdikdən bəri onun çox dəyərli oyunçu olduğunu bilirik.
Neymar formada olanda dünyanın ən güclü futbolçularından biridir. Onun transferi istənilən klubda xoş qarşılanırdı. Heç nəyi istisna etmək olmaz, amma düşünürəm ki, o, indi Braziliyaya qayıdacaq. Ən əsası, Neymar yenidən futbol oynamalıdır. Bu həm ona, həm də başqalarına sevinc bəxş edəcək. Onun planlarının nə olduğunu bilmirəm, amma ən əsası xoşbəxt olmasıdır”.
Bu mövsüm Neymar zədəyə görə "Əl-Hilal"ın heyətində bütün turnirlərdə cəmi 2 matç keçirib.
Telegram kanalımız