ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mark Libbi ilə görüşmək məqsədilə Bakıda ABŞ səfirliyinin ərazisinə daxil olmağa cəhd edən şəxs həbs edilib. Bu barədə Qaynarinfo.az saytı məlumat yayıb.
Xatırladaq ki, M.Libbi bir müddət əvvəl səhhəti ilə əlaqədar istefa verib.
1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. ABŞ səfirliyinin həyətinə daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları ondan diplomatik nümayəndəliyin ərazisini tərk etməyi tələb ediblər. Vətəndaş hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və saxlanılıb.
Məhkəmənin qərarı ilə o 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
K.H. ifadəsində ABŞ-a getmək üçün səfirlə görüşmək istədiyini bildirib.