UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməz qalıb. Metbuat.az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniya təmsilçisi FCSB-yə 2:3 hesabı ilə məğlub olan “Qarabağ” ölkənin əmsalını artırmağa nail olmayıb.Bu nəticədən sonra Azərbaycan 19.625 xalla siyahıda 28-ci sırada qərarlaşıb. Əmsalı eyni (19.625) olan Bolqarıstan isə 27-ci pillədədir.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya 102.839 xalla İngiltərə başçılıq edir.