AZ

“Ərdoğan tarix yazacaq” - Əhməd əş-Şəra

“PKK/YPG terror təşkilatının və Türkiyəni təhdid edən digər qrupların torpaqlarımızda olmasına icazə verməyəcəyik”.

Missiya.Az xəbər verir ki, bunu  Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəra “A Haber”ə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, terrorçu ünsürlər ölkəni tərk etməlidir. 

“Suriya açıq və aydın şəkildə deyir ki, Türkiyənin sərhədlərini qorumaq üçün hər şeyi edəcəyik”, - deyə əş-Şəra vurğulayıb.

O qeyd edib ki, PKK-ya dəstək verənlərə açıq məktub göndərdik: 

“Biz bütün ölkələrin köməyini istəyirik. İŞİD-lə mübarizədə Türkiyədən dəstək istəyə bilərik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tarix yazacaq və Suriya xalqı hər zaman türk xalqının yanında olacaq və bu dəstəyi heç vaxt unutmayacağıq”, - deyə siyasətçi əlavə edib.

 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
9
missiya.az

7Mənbələr