AZ

Prezident Tramp Cənubi Amerika mqirantları üçün nəzərdə tutulmuş immiqrasiya ofislərini bağlayır

Tramp administrasiyası Kolumbiya, Kosta-Rika, Ekvador və Qvatemalada miqrantların ABŞ-a qanuni şəkildə daxil olmasına imkan verən immiqrasiya ofislərini bağlayır. Bu barədə CBS xəbər verir.

Siyahıda qeyd olunan ölkələrdə ABŞ-ın immiqrasiya keçid məntəqələri keçmiş  prezident Co Baydenin rəhbərliyi altında yaradılıb. Onların köməyi ilə Vaşinqton miqrantlara ABŞ-ın cənub sərhədini qeyri-qanuni keçməyə alternativ təmin etməyə ümid edirdi.

"Ofislər... həmin ölkələrdə yaşayan və ya bu ölkələrdən keçən bəzi miqrantlara ABŞ-a qanuni şəkildə daxil olmaq imkanı verən proqramlar üçün müraciət etməyə icazə verdi", CBS News xəbər verir.

Tramp administrasiyası keçid məntəqələrini Vaşinqtonun immiqrasiyanı ABŞ-ın maraqlarına uyğun idarə edib-etmədiyini qiymətləndirmək üçün “daha ​​geniş strategiya” çərçivəsində bağlamaq qərarına gəlib.

Ülviyyə, Hurriyyet.az

Seçilən
7
45
hurriyyet.az

6Mənbələr