ABŞ prezidenti Donald Trampın imzaladığı “Amerikanın rəsmi siyasətinə görə kişi və qadın olmaqla yalnız iki cins var” deyən prezident fərmanından sonra hərəkətə keçən nazirlik bu fərmana uyğun olaraq pasportları da yenidən verəcək.
İndex.az xəbər verir ki, Xarici İşlər Nazirliyi bu günə qədər pasportlarda olan “qadın” və “kişi” variantlarından başqa “X” variantını yığışdırır.
ABŞ-ın 47-ci prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışında deyib: “Bundan sonra ABŞ hökumətinin rəsmi siyasəti ondan ibarətdir ki, yalnız iki cins var, kişi və qadın, vəssəlam”.