“Qarabağ” Avropa Liqasının VII turunda Rumıniya FCSB-ə iki milyon avro qazandıracaq.
Teleqraf.com xəbər verir ki, Avropa Liqasının VII turunda “Qarabağ”ı 3:2 hesabla məğlub edərək səkkizinci yerə yüksələn Rumıniyanın FCSB klubu UEFA-dan iki milyon avro qazanmağa çox yaxındır. Qələbə üçün 450 min avro qazanan ruminlər, “səkkizliy”i əldən verməyəcəyi halda 600 min və pley-off-a vəsiqə qazandığına görə bir milyon əlavə bonus qazanacaq.
FCSB-nin prezidenti Cici Bekali “Qarabağ”a qalib gəldikləri üçün arzusuna çatdığını və “Mançester Siti”dən 1 xal alaraq iki milyona nail olacağını açıqlayıb.
Qeyd edək ki, FCSB “Qarabağ”a qalib gələrək 14 xalla VIII pilləyə yüksəlib. Rumıniya təmsilçisi qitə turnirində indiyədək təxminən 8,3 milyon avro qazanıb.