AZ

"Sistem köçürülməsə xeyri yoxdur": Özbaşına "müalicə"nin fəsadları daha ağır ola bilər

Xəstələndiyimiz zaman içi özümüz qarışıq hamı "həkim" olur. "Filan dərman at", "Filan iynəni vurdur, “sistem” köçürülməsə, xeyri yoxdur” ,- deyə "məslətələr"i ətrafdan çox eşidirik və nədənsə, təsirinə də tez düşərək dərhal sistem köçürmək ağlımızdan keçir.

Bəs hər xəstələndiyimiz zaman sistem köçürmək düzgündür? Bunun səhhətimizə ziyanları nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, son vaxtlar insanlar yayılan qarışıq infeksiyalara qarşı biz həkimlərə müraciət etdikləri zaman dərhal sistem yazmağı tələb edirlər:

"Nəzərə alsaq ki, yayılan infeksiyalar virus infeksiyalarıdır və kifayət qədər virus əleyhinə preparatlar var. Uşaqdan tutmuş böyüklərə qədər lazımi antiviral dərmanlar mövcuddur. Hər yaş dövrünün özünəməxsus dozası var, ona görə də, dərman alarkən yaşı qeyd etmək vacibdir".

Ş.Məmmədov bildirib ki, bütün dünyada simptomatik əlamətlərinə görə qəbul olunmuş iltihab əleyhinə, qızdırmasalıcı, ağrıkəsici yeganə preparat "Parasetamol"dur:

"Xəstələnən zaman "Parasetamol" tərkibli dərmanlar atmağa xüsusi diqqət yetirmək lazımdır".

Şahvələd Məmmədov: Özbaşına alıb vurdurduğumuz sistem orqanizmimizə dərhal infeksiya sala bilər

Həkimin sğzlərinə görə, sistem xəstəyə o zaman yazılar ki, artıq virus infeksiyası ağır intoksikas əlamətləri ilə gedir, virus bağırsaqlara tökülür, ishal verir, qusma verir bu zaman, həkim təyinatı ilə sistem köçürmək lazımdır. Yoxsa, özbaşına xəstələnən kimi sistem qəbul etmək heç də xeyirli deyil:

"Özünü həkim nəzarəti olmadan antibiotiklə, sistemlə müalicə edərək dünyasını dəyişənlərin sayı hər il artır. Özbaşına alıb vurdurduğumuz sistem orqanizmimizə dərhal infeksiya sala bilər. Qana mikrob düşər və bunun çox ağır fəsadları ola bilər".

Müsahibimiz vurğulayıb ki, uşaqların immuniteti daha zəif olduğundan onlara sistem köçürən zaman daha diqqətli olmaq lazımdır. Venadaxili infuziya sərbəst qidalanan, normal maye qəbul edə bilən uşaqlara lazım deyil, hətta, ev şəraitində uşaqlara olunan bu cür tibbi müdaxilələr həyati təhlükə yaradır:

"Sadəcə yüngül qızdırma və kataral əlamətləri olan uşaqlara heç bir dərman istifadə etmədən pediatr nəzarətində izləmək, gedişata uyğun müdaxilə etmək kifayət olacaq".

Nuriyyə Musayeva

Seçilən
11
50
bakivaxti.az

10Mənbələr